Türkiyə

Türkiyəli jurnalist Azərbaycandakı Prezident seçkilərindən yazdı

1 Fevral 2024 18:01
Baxış: 830
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin "Haber7" portalı Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərinin əhəmiyyətindən yazıb.

Milli.Az Secki-2024.az-a istinadən xəbər verir ki, məqalənin müəllifi "Haber7"nin yazarı Hasan Öztürkdür.

Öztürk bildirir ki, o, Azərbaycan işğalda olan torpaqlarını azad etdikdən sonra ölkədəki siyasi atmosferin necə dəyişdiyinə şahidlik edib.

"Azad edilən Vətən torpaqları Qarabağda quruculuq, məskunlaşma və məşğulluq sahəsində qızğın iş gedir. Belə bir atmosferdə Azərbaycan prezident seçkilərini bir il önə çəkərək 7 fevralda seçkiyə gedir"- deyə, məqalədə bildirilir.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.