Türkiyə

4 böyük şəhərə sarı kod XƏBƏRDARLIĞI edildi

30 Yanvar 2024 17:07
Baxış: 1 441
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Balıkəsir, Çanaqqala, İstanbul və İzmir şəhərləri üçün sarı kod xəbərdarlığı edilib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə ölkənin Meteorologiya Ümumi Müdirliyi məlumat yayıb.

Qeyd olunub ki, güclü yağışın İstanbulda sulu qarla qarışacağı, digər şəhərlərdə isə leysan xarakterli olacağı gözlənilir.

Müvafiq qurumlar sel, daşqın, torpaq sürüşməsi və nəqliyyatın kəsilməsi kimi neqativ hallara qarşı diqqətli və tədbirli olmaq barədə xəbərdarlıq edib.

Meteorologiyanın açıqladığı son hava hesabatına görə, Mərmərə və Şimali Egeyin yüksək hissələrdə sulu qar və qar, Aralıq dənizinin yüksək hissələrində qar, sahilyanı bölgələrdə isə şiddətli yağış yağacaq.

Güclü şimal küləyi Mərmərə, Egey və Şərqi Aralıq dənizində daha da şiddətlənəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.