Türkiyə

Türkiyədə Çin kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı artdı

24 Yanvar 2024 13:21
Baxış: 604
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2023-cü ildə Türkiyədə Çin kapitalı ilə 128 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 28 şirkət çoxdur.

Milli.Az-ın TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Qeyd olunub ki, hesabat dövründə, qeydiyyata alınan Çin şirkətlərinin sayının artması ilə yanaşı, onların ümumi kapitalı da artıb.

"Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Çin şirkətlərinin məcmu kapitalı 237,5 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 135,3 milyon türk lirəsi təşkil edib", - deyə TOBB-dan bildirilib.

Vurğulanıb ki, 2023-cü ildə Çin şirkətlərinin əksəriyyəti İstanbulda (88) qeydiyyata alınıb.

"İstanbulda qeydiyyatdan keçən Çin şirkətlərinin ümumi kapitalı 181,4 milyon türk lirəsi təşkil edib", - deyə TOBB-dan bildiriblər.

Məlumata əsasən ki, 2023-cü ildə Türkiyədə Çin kapitalı ilə 1 inşaat, 48 topdan və pərakəndə ticarət şirkəti, 5 turizm şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.