Türkiyə

İstanbul sahillərində iki yük gəmisi toqquşdu - FOTO

23 Yanvar 2024 18:57
Baxış: 759
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbul yaxınlığında, Mərmərə dənizində iki yük gəmisi toqquşub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Baş İdarəsinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunur ki, Panamanın bayrağı altında üzən 138 metrlik "Volgodon 207" İstanbulun Ahırkapı estakadasında lövbər salıb və artıq lövbərdə olan 147 metrlik "Astrid L" yük gəmisi ilə toqquşub.

Məlumata görə, ikinci gəmi Antiqua və Barbuda bayrağı altında üzür.

O da vurğulanır ki, hadisə maddi ziyana səbəb olub, lakin xəsarət alanlar və ətraf mühitə zərər qeydə alınmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.