Türkiyə

İraqdan Türkiyəyə neft daşıyan tankerlə əlaqə kəsilib

11 Yanvar 2024 18:29
Baxış: 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraqdan İzmirə neft gətirən tankerlə Oman sahillərində əlaqə kəsilib.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, tankerdə 18 nəfər filippinli olmaqla 19 ekipaj üzvü olub.

Bəsrədən qalxan tankerdə 145 min ton neft var.

Qeyd edək ki, 2 oktyabr 2023-cü il tarixində İraq-Türkiyə neft kəməri yenidən istifadəyə verilib.

Xatırladaq ki, Beynəlxalq Ticarət Palatasının (ICC) arbitraj işində İraqa təzminat cəriməsi ödəməsi qərarından sonra, 2023- cü il 25 mart tarixində Türkiyə İraqın şimalından boru kəməri ilə gündəlik 450 min barel neft ixracını dayandırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.