Türkiyə

Oyundan sonra azarkeşlər futbolçulara hücum etdi, bıçaqlananlar var - FOTOlar

7 Yanvar 2024 09:43
Baxış: 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Kayseri şəhərində U18 Liqasının A qrupunda liqanın 16-cı həftəsində "İlbeyspor" və "Qaziosmanpaşaspor" Erkilet Stadionunda üz-üzə gəlib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, vaxtaşırı artan gərginlik matçın sonuna qədər davam edib.

Qarşılaşmada 4-3 hesabı ilə qalib gələn "İlbeyspor" qalibiyyətdən sonra stadionun çıxışında azarkeş qruplarının hücumuna məruz qalıb.

Bıçaqlı hücumda 2 futbolçu yaralanıb

Hadisədən dərhal sonra hadisə yerinə çoxlu sayda polis qrupları və tibb işçiləri göndərilib.

Polis hadisəyə qarışan şübhəliləri nəzarətə götürdü.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.