Türkiyə

Kılıçdaroğlunun bu addımı məni məyus etdi

5 Yanvar 2024 17:53
Baxış: 1 161
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə prezident seçkilərinin 2-ci turunda CHP-nin sabiq sədri Kamal Kılıçdaroğlu ilə Zəfər Partiyasının rəhbəri Ümid Özdağ arasında əldə olunan anlaşma məni çox məyus etdi.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Gələcək Partiyasının sədri Əhməd Davudoğlu deyib.

Ə.Davudoğlu bildirib ki, biz "Altılı masa"da Türkiyənin gələcəyi ilə bağlı sənədlər hazırlamışdıq:

"O sənədlərlə ölkəni idarə etməyi planlaşdırırdıq. Lakin Ümid bəyin siyasi yanaşması ilə "Altılı masa"nın yaratdığı sənədlər arasında ortaq bir əlaqə görmədim. Çünki Ü.Özdağ həmin sənədlərin ruhuna zidd yanaşmaları ilə tanınırdı. Kılıçdaroğlunun bu addımı əlbəttə ki, məni məyus etdi. Çünki biz necə birlikdə hərəkət edə bilərik? Mən ksenofobiyanın əleyhinəyəm, Türkiyədə etnik və məzhəb çatışmazlıqlarının provokasiyasına qarşıyam. Daha əvvəl mən buna etiraz edəndə Kılıçdaroğlu belə bir anlaşmanın olmadığını demişdi".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.