Türkiyə

İstanbulda əməliyyat - 30-dan çox saxlanan var

2 Yanvar 2024 15:33
Baxış: 970
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin İstanbul şəhərində əməliyyat keçirilib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Türkiyədə İsrail kəşfiyyat xidməti ilə əməkdaşlıqda şübhəli hesab olunan 33 nəfər saxlanılıb. İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu artıq istintaq tədbirlərinə başlayıb.

İstintaqda İsrail Xarici Kəşfiyyat Xidməti Mossad-ın humanitar səbəblərlə Türkiyədə yaşayan xarici vətəndaşlara qarşı kəşfiyyat, təqib, hücum və qaçırma kimi fəaliyyətlər həyata keçirməyi hədəflədiyinə dair məlumatlar üzə çıxıb. Sözügedən fəaliyyətlərin "beynəlxalq casusluq" fəaliyyətləri çərçivəsində ola biləcəyi qiymətləndirildikdən sonra 46 şübhəlinin tutulması üçün tədbir görülüb. Polis qüvvələrinin mərkəzi İstanbul olan 8 vilayətdə 57 ünvanda eyni vaxtda həyata keçirdiyi əməliyyatda 33 şübhəli ələ keçirilib, 13 şübhəlinin axtarışı isə davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.