Türkiyə

Türkiyə Qəzzadakı böhranın nizamlanması üçün region ölkələri ilə sıx əlaqə saxlayır

28 Dekabr 2023 00:26
Baxış: 665
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Qəzzadakı böhranın nizamlanması üçün Fars körfəzi də daxil olmaqla region ölkələri ilə sıx əlaqə saxlayır.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç "TRT Haber" telekanalına açıqlamasında deyib.

"Region ölkələri İsrailin aqressiv hərəkətlərinin regional miqyasda mənfi nəticələrə gətirib çıxarmaması üçün səy göstərir. Bu region tarixən bizi qonşularımızla birləşdirir və bu, birgə əməkdaşlığa ehtiyacı diktə edir. Nə qədər yaxın olsa, uğur şansı daha yüksəkdir", - deyə Ərdoğanın müşaviri qeyd edib.

Nümunə olaraq o, Misir, Əlcəzair, Mərakeş və İordaniya ilə əlaqələri göstərib: "Biz hamımız bir yumruq olmalıyıq. Prezidentimizin atdığı addımlar birliyə ehtiyacı diktə edir ki, bu da Fars körfəzi ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı və Qətər ilə intensiv təmaslarımızı şərtləndirir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.