Türkiyə

İstanbulda ZƏLZƏLƏ TƏHLÜKƏSİ: 1,5 milyon evin sakini köçürüləcək

23 Dekabr 2023 21:03
Baxış: 1 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə hökuməti təmir proqramı çərçivəsində 5 il ərzində İstanbulda 1,5 milyon evin sakinlərini köçürməyi planlaşdırır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16 milyonluq meqapolisin mənzil fondunun yenilənməsi üzrə "Yol xəritəsi"nin təqdimatında deyib.

Bildirilib ki, prioritet olaraq 600 min zəlzələyə davamlı ev tikiləcək.

"İstanbulda təqribən 7,5 milyon bina var, o cümlədən 6 milyon yaşayış binası, bunlardan 600 mini prioritet olaraq təmir edilməlidir. Məqsədimiz beş il ərzində yaşayış üçün təhlükəli sayılan 1,5 milyon evin sakinlərini köçürməkdir", - deyə o, əlavə edib.

Qeyd edək ki, seysmoloqlar İstanbul ərazisində 7 və daha yüksək bal gücündə zəlzələ ola biləcəyi ilə bağlı daim xəbərdarlıq edirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.