"G-42" kodu ilə beynəlxalq axtarışda olan narkobaron Zəfər Ramazan Türkiyənin Mersin şəhərində tutulub.
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Zəfər Ramazanın tutulması üçün MİT və polis birgə əməliyyat keçirib.
İl Təhlükəsizlik Müdirliyindən verilən açıqlamaya görə, beynəlxalq narkotik ticarəti ilə bağlı aparılan texniki və fiziki araşdırmalar zamanı narkobaron Zəfər Ramazan haqqında məlumatlar əldə edilib. "G-42" kodu ilə axtarılan Ramazanın ən son Mersində olduğu aşkar edilib. Texniki və fiziki təqibdən sonra əldə edilən məlumata əsasən, mərkəzi Mezitli rayonunun Akdeniz səmtində xüsusi əməliyyat və dron dəstəyi ilə həyata keçirilən əməliyyatda narkobaron Zəfər Ramazan tutularaq saxlanılıb. Bildirilib ki, araşdırmalar hələ də davam edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun