Türkiyə

Tanınmış seysmoloqdan XƏBƏRDARLIQ: "Bu rayon köçürülməlidir, sağ qalma şansı yoxdur"

20 Dekabr 2023 17:27
Baxış: 3 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə baş verən son zəlzələlərdən sonra Mərmərə zəlzələsi yenidən gündəmə gəlib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, zəlzələ üzrə alim Naci Görür TV100-də qatıldığı proqramda mühüm xəbərdarlıqlar edib.

O, Tunceli və Elazığda zəlzələ təhlükəsi olduğuna diqqət çəkib.

Naci Görür bildirib ki, Bursansanın Gemlik mahalı mütləq köçürülməlidir:

"Gemlik mütləq köçürülməlidir. Gemlik, Geyve, İznik Şimali Anadolu Fayının Cənub fayının üzərindədir. Ərazi dəniz qumu ilə doludur. Heç bir şans yoxdur".

Onun sözlərinə görə, Anadolu hər il dənizin altındakı fay boyunca Yunanıstana doğru 1-2 sm irəliləyir:

"Mərmərə dənizi gərginlik altındadır. Anadolu hər il dənizin altındakı fay boyunca Yunanıstana doğru 1-2 sm hərəkət edir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.