Türkiyə

Tezliklə Ərdoğanın kiçik qardaşı olacağıq - Şarmazanov

15 Dekabr 2023 11:15
Baxış: 1 063
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar aparılmır, bu məsələnin xaç atası Türkiyədir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə Ermənistanın müxalif siyasətçisi Eduard Şarmazanov birbaşa danışıqlar nəticəsində əsirlərin qarşılıqlı dəyişdirilməsi prosesi haqda deyib.

O bildirib ki, Rusiya bölgədən gedə bilər:

"Onda biz dərhal Ərdoğanın kiçik qardaşları olacağıq. Burada Rusiyanın neytrallaşdırılması baxımından Türkiyə ilə Qərbin maraqları üst-üstə düşür. Qərbin məqsədi artan Rusiya-Qərb münaqişəsi fonunda Cənubi Qafqazda Rusiyanın mövcudluğunu zəiflətməkdir. Ermənistandakı antirusiya əhval-ruhiyyəsinin səbəbi də budur".

Şarmazanovun fikrincə, Cənubi Qafqazda Rusiyanın yox, Türkiyənin "gözətçi" olması Qərbin marağındadır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.