Türkiyə

Türkiyədə yaşayış icazəsi almaq üçün tələblər sərtləşdirilir?

11 Dekabr 2023 20:55
Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yaşayış icazəsi əldə etmək üçün alınmalı olan daşınmaz əmlakın minimum qiyməti artırıla bilər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Vətəndaşlıq məsələləri üzrə idarəsindəki mənbəyə istinadən "RİA Novosti" yayıb. 

Bildirilir ki, yeni qaydalara əsasən, vətəndaşlıq əldə etmək üçün alınmalı olan daşınmaz əmlakın minimum qiyməti 600 min dollar təşkil edəcək. Dəyişikliklərin 2024-cü ildə qüvvəyə minəcəyi gözlənilir. 

Qeyd edək ki, Türkiyədə daşınmaz əmlak alaraq vətəndaşlıq əldə etmək imkanı 2017-ci ildən mümkündür. İlk zamanlarda əmlakın dəyəri 1 milyon dollar olmalı idi. Hazırda limit 400 min dollardır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.