Türkiyə

Nikos Dendias Türkiyəyə səfər edəcək

11 Dekabr 2023 15:13
Baxış: 481
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstanın müdafiə naziri Nikos Dendias fevral-mart aylarında Türkiyəyə rəsmi səfər edəcək.

Milli.Az-ın TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər məlumat verib.

"Biz Yunanıstanla qarşılıqlı hörmət çərçivəsində təlimlər və hərbi fəaliyyətlər keçirəcəyik. Müdafiə naziri Dendias Türkiyəyə gəlmək istəyir. Onun səfəri zamanı, fevral-mart ayları arasında zəlzələ zonasında birlikdə araşdırmalar aparacağıq", - deyə nazir bildirib.

"İsveçin NATO üzvlüyü prosesində Danimarka Parlamentinin Qurani-Kərimin yandırılmasını qadağan edən qərar qəbul etməsini nümunəvi hesab edirəm. Ümid edirəm ki, regionun digər ölkələri də oxşar qərarlar verəcəklər. İsveç hələ də real vədlərini yerinə yetirə bilməyib. Hər ölkənin parlamenti var. Amma unutmaq olmaz ki, Türkiyənin də parlamenti var", - Y.Gülər vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.