Türkiyə

Axşam ad gününü qeyd etdi, səhər evdən meyiti tapıldı - FOTO

27 Noyabr 2023 23:12
Baxış: 1 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ədirnədə ad gününü qeyd edən qadın bu gün səhər saatlarında evində ölü tapılıb.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib. Dünən axşam dostları ilə ad gününü qeyd edən Gülçin Altan bu gün səhər saatlarında zənglərə cavab verməyib və dostları vəziyyəti qonşularına bildirib.

Tək yaşayan Altan qapını açmadıqdan sonra qonşuları ehtiyat açarla evə daxil olublar. Altan içəridə hərəkətsiz, stulda oturmuş vəziyyətdə tapılıb.Dostları vəziyyəti bildirdikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib.

Qadının meyiti müayinə olunmaq üçün Ədirnə Ədli Tibb Qurumuna göndərilib.

Hadisə ilə bağlı istintaq davam edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.