Türkiyə

KAAN-ın ilk uçuşunun tarixi açıqlandı

23 Noyabr 2023 14:50
Baxış: 781
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

KAAN milli döyüş təyyarəsinin ilk uçuşunun dekabrın 27-də həyata keçirilməsi planlaşdırılır.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, yerli mühərrik 2028-ci ildə hazır olacaq və KAAN-ın 2032-ci ildən etibarən inventara daxil olacağı gözlənilir.

Qeyd edək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dən alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli döyüş təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

Mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən "İstikbalin Yüzyılı" proqramında Milli döyüş təyyarəsinə KAAN adını verib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.