Türkiyə

Dəhşətli olay - Məşhur televiziya aparıcısını qardaşı öldürdü - FOTO

12 Noyabr 2023 11:29
Baxış: 5 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə, İstanbulun Ataşehir xəstəxananın dayanacağında avtomobildə tapılan cəsədin televiziya proqramlarının aparıcısı olan İşıl Deniz Palabıyıklara (41 yaş) aid olduğu müəyyən edilib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bacısını maşında güllələyərək öldürdüyünü etiraf edən İşin Miraç Palabıyıklar saxlanılıb.

O, ilkin ifadəsində bunları deyib:

"Demans xəstəsi olan nənəmə baxıram. Baxım zamanı bəzən səsimi qaldırmalı oluram. Məhz belə anların birində o, baş verənləri videoya çəkib. O, mənə deyirdi ki, bu videodan istifadə edərək şikayət ərizəsi yazacaq, hətta əvvəllər mənə verilmiş evi və maşını geri alacaq".

Tikintidə nəzarətçi işləyən İşın Miraç Palabıyıklar "YouTube" kanalında proqramlar hazırladığı üçün bacısı ilə mübahisə etdiyini bildirib.

Hadisə baş verən gün görüşdükləri zaman eyni səbəbdən mübahisə etdiklərini bildirən İşın Miraç Palabıyıkların Kozyatağı ərazisindən keçərkən avtomobili bəhanə ilə saxlayıb, arxa oturacağa oturaraq onu güllələdiyi müəyyən edilib.

Şübhəli polisə verdiyi ifadəsində əvvəlcə yaralı bacısını xəstəxanaya aparmaq qərarına gəldiyini, ancaq xəstəxananın qapısından içəri girdikdən sonra "başıma dərd olacaq" deyərək fikrini dəyişdiyini bildirib. Şübhəlinin avtomobili xəstəxananın dayanacağında saxladığı, ağır yaralanan bacısının üstünü örtdüyü, baqajdan tapdığı avtomobil radiatorunu da qadın görünməsin deyə üzərinə qoyduğu və daha sonra getdiyi məlum olub. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.