Türkiyə

Ölümü ilə altı nəfərin həyatını xilas etdi - FOTO

13 Oktyabr 2023 07:12
Baxış: 2 707
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin İzmir şəhərində 35 həftəlik hamilə ikən beynində şiş aşkarlanan və diaqnozdan bir həftə sonra dünyasını dəyişən Özlem Serbes altı nəfərin həyatını xilas edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, həkimlər dərhal qeysəriyyə əməliyyatını həyata keçirərək ana bətnində olan uşağı xilas ediblər.

Lakin əməliyyatdan yeddi gün sonra Özlem həyatını itirib.

Onun həyat yoldaşı Togay Serbes isə qadının son arzusunu yerinə yetirib və Özlemin sağlam orqanları digər xəstələrə transplantasiya edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.