Türkiyə

Qənirə Paşayevaya həsr olunan film çəkilə bilər

10 Oktyabr 2023 17:36
Baxış: 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə mərhum deputat Qənirə Paşayevaya həsr edilən film çəkilə bilər.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə III "Korkut Ata" Türk Dünyası Film Festivalının Zirvə görüşündə Türkiyənin "35mm stüdyo hizmetleri" şirkətinin rəhbəri Ahmet Edebali deyib.

O bildirib ki, filmin ssenarisi, demək olar ki, hazırdır:

"Əgər film çəkilsə, deputat Qənirə Paşayevadan və onun daim danışdığı Qarabağdan və haqlı savaşından bəhs ediləcək. Çünki türk dünyası Qarabağ savaşını və onun haqlı olduğunu daha çox Qənirə xanımın dilindən eşidib. Biz bütün bunları ekran işində əks etdirmək istəyirik. Bilirsiniz ki, Qənirə xanımın bacısı Türkiyədə yaşayır və onunla da əlaqə saxlanılacaq. Əgər onun razılığı və Mədəniyyət Nazirliyinin dəstəyi də olarsa, filmi çəkmək istəyirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.