Türkiyə

Türkiyə Əsrində yeni konstitusiya qəbul edilməlidir - Ərdoğan

11 Sentyabr 2023 17:45
Baxış: 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Əsrində yeni konstitusiya qəbul edilməlidir.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

"Türkiyə yeni və liberal bir konstitusiya hazırlamalıdır. Vətəndaş cəmiyyətinin bütün təbəqələrinin fikirlərini nəzərə almaqla parlamentdə mümkün qədər geniş konsensusla yeni konstitusiya hazırlamaq mümkündür. Bizim istəyimiz ən geniş iştirak və konsensusla vətəndaş konstitusiyasını hazırlamaqdır. Cümhur İttifaqı olaraq bu məsələyə xüsusi diqqət yetirəcəyik", - deyə o vurğulayıb.

Qeyd edək ki, Türkiyədə 1982-ci ildən qüvvədə olan konstitusiyaya 1987-ci, 2007-ci, 2010-cu, 2017-ci illərdə dəyişiklik edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.