İdman

Türkiyədə qalib gələn komandaya hücum etdilər - yaralılar var - VİDEO

14 Dekabr 2025 18:00
Baxış: 584
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Supe rLiqasında təmsil olunan "Qaziantep" futbol klubu "Hatayspor" ilə keçirilən U-17 oyununun ardından gənc komandanın futbolçularına hücum edildiyini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dörd futbolçu xəsarət alaraq xəstəxanaya aparılıb.

Açıqlamada qeyd olunub ki, "Qaziantep"in 3:2 hesablı qələbəsi ilə bitən oyunun final fitindən sonra futbolçular rəqib komandanın nümayəndələri tərəfindən fiziki hücuma məruz qalıblar.

"Hatayspor" isə yayımladığı bəyanatla iddiaları təkzib edib. Klub hadisənin iki futbolçu arasında baş vermiş fərdi insident olduğunu və texniki məsul şəxs Çağdaş Cabiroğlunun məsələyə aidiyyəti olmadığını bildirib.

Oyunçunun üzr istədiyi və insidentin intizam qaydaları çərçivəsində dəyərləndiriləcəyi qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.