Türkiyə

Təhlükəli PKK terrorçusu zərərsizləşdirildi

19 Avqust 2023 22:39
Baxış: 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə xüsusi xidmət orqanları PKK terror təşkilatının "Vecin Ciyan" (Hicran İcuz) kod adlı üzvünü uğurla zərərsizləşdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin təhlükəsizlik strukturlarındakı mənbədən bildirilib.

Məlumata əsasən, o, qruplaşmanın "Qadınlar və Gənclik Hərbiləşdirilmiş Qolları" adlanan təşkilata rəhbərlik edib.

Bildirilib ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimalında yerləşən Hasek vilayətində terrorçunun məhv edilməsi istiqamətində uğurlu əməliyyat keçirib.

H.İcuz hücumların və sui-qəsdlərin, o cümlədən sərhədyanı ərazilərdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı hücumların planlaşdırılmasında iştirak edən əsas fiqurlardan olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.