Türkiyə

Çin Türkiyəyə turist qruplarının göndərilməsinə icazə verib

10 Avqust 2023 14:57
Baxış: 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin Türkiyəyə turist qruplarının göndərilməsinə icazə verib.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, Çin ABŞ, Böyük Britaniya, Avstraliya, Cənubi Koreya, Yaponiya və Türkiyə də daxil olmaqla, bir çox ölkəyə qrup səyahətinə qoyulan qadağaları aradan qaldıraraq, qlobal turizm bazarını gücləndirə biləcək səyahət məhdudiyyətlərini yumşaldıb.

Məhdudiyyətlərin aradan qaldırılması ölkə üzrə bütün turizm agentliklərinə və onlayn platformalara şamil edilir.

Qadağaların aradan qaldırılması COVID-19 pandemiyasından əvvəl ən böyük turist mənbələrindən biri olan Çinin durğun qlobal turizm sənayesini sürətləndirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.