Türkiyə ordusu dünyanın ən güclü ordularından birinə çevriləcək.
Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə ABŞ-də nəşr olunan "The Defence Post" qəzeti yazır.
Qəzet Türkiyənin F-16 modernizasiya proqramı olan ÖZGÜR 2 layihəsini işıqlandıraraq, Türkiyə ordusunun sürətlə dünyanın ən güclü ordularından birinə çevriləcəyinə diqqət çəkib.
Nəşr Türkiyənin F-16 donanması üçün yerli təkmilləşdirmə proqramının ikinci mərhələsinə başladığını açıqlayıb.
"Türkiyə hərbi hava qüvvələrinin F-16 Blok-30/40/50 təyyarələri ÖZGÜR çərçivəsində modernləşdiriləcək və struktur cəhətdən təkmilləşdirəcək. Eyni zamanda, təyyarələrin struktur və avionik modernizasiyalarının əhatə dairəsi artırılacaq", - deyə qəzetdə yazılıb.
Qeyd edək ki, gagadget.com texnologiya agentliyi də Türkiyə müdafiə sənayesinin inkişafına diqqət çəkən qəzetlər arasındadır.
Milli.Az