Türkiyə

Yanvar-iyun aylarında Bandırma limanı 500-dən çox gəmi qəbul edib

18 İyul 2023 09:13
Baxış: 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin Balıkesir şəhərində yerləşən Bandırma limanı 523 gəmi qəbul edib.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Türkiyənin Balıkesir şəhərində yerləşən Bandırma limanı Türkiyə bayrağı altında üzən 91, digər ölkələrin bayraqları altında üzən 432 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin iyun ayında Türkiyə limanları 5 min 658 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 785, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 1 873 olub.

2023-cü ilin yanvar-iyun aylarında Türkiyə limanları 28 min 836 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 20 min 97, Türkiyə bayrağı altında olan gəmilər isə 8 min 739 olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.