Türkiyə

NATO Sammitinin iştirakçılarını Türkiyənin hərbi təyyarələri qoruyur

11 İyul 2023 13:57
Baxış: 1 279
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının təyyarələri NATO Sammitinin təhlükəsizliyinə xidmət edir.

Milli.Az TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə nazirliyi açıqlamasında qeyd olunub.

"Sammitdən əvvəl Türkiyənin havadan erkən xəbərdarlıq təyyarəsi (HIC) və KC-135R tanker təyyarəsi səmada öz yerini alıb. Hərbi təyyarələr sabah sammitin sonuna qədər NATO Müttəfiq Hava Komandanlığının hava missiyası əmrinə uyğun olaraq müşahidə uçuşları və yanacaq doldurma missiyalarını yerinə yetirəcək", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Türkiyədən Vilnüsdə keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan, MİT rəhbəri İbrahim Kalın və Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun qatılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.