Türkiyə

Ərdoğan Türkiyə parlamentinin yeni sədrini təbrik edib

7 İyun 2023 23:06
Baxış: 1 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin sədri seçilən Numan Kurtulmuşa zəng vuraraq onu təbrik edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ərdoğanın rəsmi sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Prezident yeni qanunvericilik dövrünün uğurlu olmasını arzulayıb:

"Türkiyə Böyük Millət Məclisinin sədri seçilən dəyərli yol yoldaşım Numan Kurtulmuşu təbrik edir, ona vəzifəsində uğurlar arzulayıram.

Mən ona parlamentin sədri seçildikdən sonra bizləri ziyarət etdiyinə görə təşəkkürümü bildirirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.