Türkiyə

Kılıçdaroğlu, millət bezib, get! - Yılmaz

1 İyun 2023 13:20
Baxış: 1 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kamal Kılıçdaroğlu və Maral Akşənərə səslənirəm: Millətin önündən çəkilin, indi istefa verin və siyasətdən gedin. Bu rəzalətə son verib. Milləti bezdirib siyasəti bloklamayın.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki,bunu Yeni Türkiyə Partiyasının sədri Əhməd Reyiz Yılmaz deyib.

"75 yaşlı bir siyasətçi gözlədiyini ala bilməyəndə siyasətdən geri çəkilməlidir. Bəs qədər məğlubiyyət dadmış, dəfələrlə verilən şansı istifadə etmiş bir siyasətçi əgər dürüstlük və əxlaqdan bəhs edirsə, dürüstlüyünü siyasətdən geri çəkilərək göstərməlidir.

Seçkilərdə uğur qazana bilmirsinizsə, necə geri çəkiləcəyinizi biləcəksiniz. Bu, bizə onu göstərir ki, müxalifət siyasət qurub xalqın etimadını qazana bilmir. Bu qədər sadə və aydındır", - partiya sədri söyləyib.

O, bu müxalifətin olduğu müddətcə xalqın qərarını dəyişməyəcəyini bildirib:

"Pencəyini assa, qazanan bir Ərdoğan var. İmkan verin, yeni insanlar ortaya çıxsın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.