Türkiyə

Qərar verildi: Baxçalı sədrlik edəcək

20 May 2023 11:08
Baxış: 1 203
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyədə keçirilən seçkilərdən sonra Türkiyə Böyük Millət Məclisindəki (TBMM) partiyaların və deputatların siyahısı tam bəlli olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Ali Seçki Qurumu nəticələri açıqladıqdan sonra, 3 gün ərzində TBMM-nin açıq elan edilməsi gözlənilir.

TBMM-nin 28-ci dövrünün ilk plenar iclasına əsasnaməyə uyğun olaraq "ən yaşlı üzv" kimi MHP lideri Dövlət Baxçalı sədrlik edəcək.

Lakin, bu dövrün fərqli olduğu bildirilir. Əgər D.Baxçalı bunu qəbul etməsəydi, parlamentin müvəqqəti sədri HDP-dən Çingiz Çandar olacaqdı.

Cümhur İttifaqı da Qurtuluş müharibəsinə rəhbərlik edən bir parlamentə HDP-dən birinin rəhbərlik etməsini uyğun görməyib.

Qeyd edək ki, bundan əvvəlki illərdə Baxçalı bu vəzifəni qəbul etməmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.