Türkiyə

Ərdoğan: "Üçüncü dəfə namizədliyimi verməyəcəyəm"

19 May 2023 20:36
Baxış: 1 883
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçiləcəyi təqdirdə üçüncü dəfə prezidentliyə namizəd olmayacağını bildirib.

Milli.Az Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Mövcud qanunlara görə, prezident yalnız iki dəfə seçilə bilər. Mənim birinci səlahiyyət müddətim başa çatıb, hazırda ikinci müddətə seçkilər gedir. İkinci müddətə yenidən seçilməklə bu proses uğurla başa çatacaq", - deyə o, aparıcının 2033-cü ilə qədər ölkəyə rəhbərlik edib-etməyəcəyi ilə bağlı sualına cavab verərkən deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.