Türkiyə

Martda Türkiyədə Almaniya kapitalı ilə 80-dən çox şirkət qeydiyyata alınıb

2 May 2023 13:57
Baxış: 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2023-ci ilin mart ayında Türkiyədə Almaniya kapitalı ilə 87 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 41 şirkət azdır.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildirilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Almaniya şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapıtalı artıb.

"Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Almaniya şirkətlərinin məcmu kapitalı 99,5 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 40,1 milyon türk lirəsi təşkil edib"-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin mart ayında Almaniya şirkətlərinin əksəriyyəti İstanbulda (44) qeydiyyata alınıb.

"İstanbulda qeydiyatdan keçən Almaniya şirkətlərinin ümumi kapitalı 38,7 milyon türk lirəsi təşkil edib" -deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin mart ayında Türkiyədə Almaniya kapitalı ilə 31 topdan və pərakəndə ticarət, 8 istehsalat şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.