Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinin nəticəsi ölkədə terrorla mübarizənin davam edib-etməyəcəyini göstərəcək.
Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Koalisiya tərəfdaşları terrorçulara dəstək verir. Həbsxanalardakı və xaricə qaçan terror təşkilatlarının üzvləri mayın 14-nü gözləyir. Hətta Türkiyəyə qayıtmaq üçün təyyarə bileti alanlar da var", - deyə prezident əlavə edib.
Qeyd edək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.
Türkiyədə millət vəkili namizədlərinin siyahısı aprelin 9-da Ali Seçki Şurasına (YSK) təqdim edilib.
Milli.Az