Türkiyə

Nazirin “Togg” yuması diqqət çəkdi - FOTO

21 Aprel 2023 09:14
Baxış: 1 688
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank elektromobilini özü yuyub.

Milli.Az report-a istinadən xəbər verir ki, nazir sosial şəbəkədəki hesabında "Bayram təmizliyi" qeydi ilə "Togg"un yuyarkən çəkilən fotoları paylaşıb.

Qollarını çırmayıb milli elektromobil "Togg"u yuyan Varankın paylaşımı qısa zamanda rəğbətlə qarşılanıb.

Xatırladaq ki, "Togg" Türkiyənin ilk yerli elektromobilidir. Onun istehsalına başlanılmasının anonsunu ilk dəfə 2017-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verib. Bundan bir il sonra qonşu ölkənin 5 aparıcı şirkəti - "Anadolu Group" (19 %), BMC (19 %), "Root Group" (19 %), "Türkcell" (19 %), "Zorlu Holding" (19 %) and TOBB (% 5) bir araya gələrək elektromobilin istehsalına başlamaq üçün birgə müəssisə yaradıb.

Müəssisədə ilkin olaraq ildə 175 000 ədəd elektromobilin istehsalı nəzərdə tutulub. 2030-cu ilə qədər isə illik istehsal gücü 1 milyon ədədi keçəcək.

Mustafa Varank daha əvvəl bildirib ki, vətəndaşların 95 %-i yerli elektromobili bəyənir. C sinifli SUV tipli elektromobil eyni sinifdəki daxili yanma mühərrikli avtomobillərlə rəqabət aparacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.