Türkiyə

Ağcaqanad dişlədi, öldü - VİDEO - FOTO

19 Aprel 2023 17:36
Baxış: 2 397
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə 51 yaşlı İbrahim Kadir Karaoğlanoğlu adlı mühafizəçi yaşadığı Dənizli şəhərindən işləmək üçün Antalyaya gedib.

Orada çalışdığı hoteldə mühafizəçini ağcaqanad dişləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nəticədə Kadir Karaoğlanoğlu fil ayağı xəstəliyinə tutulub. Hər gün bədəni dəyişən və şişən Karaoğlanoğlunun xəstəliyinə çarə tapılmayıb. Ayaqları fil ayağı qədər şişən və tamamilə çarpayıya bağlı qalan mühafizəçinin vəziyyəti günü-gündən pisləşib və o, yerindən belə tərpənə bilməyib.

Daha sonra o, xəstəliyin mikrocərrahiyyə ilə müalicə oluna biləcəyini eşidib və sağalması üçün etdiyi çağırışla gündəmə gəlib.

9 ildir sağalacağı, insanların arasında olacağı günlərin həsrətindən bəhs edən Karaoğlanoğlunun bu çıxışından saatlar sonra vəziyyəti qəfildən pisləşib. Şikayətləri artan mühafizəçi təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Lakin nəfəs almaqda çətinlik çəkən və burada intubasiya edilən Karaoğlanoğlunun həyatını xilas etmək mümkün olmayıb. O, aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.