Türkiyə

Zəlzələ nəticəsində çay yatağı yerini dəyişib - FOTO

5 Aprel 2023 03:28
Baxış: 1 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə fevralın 6-da baş verən zəlzələ zamanı çay yataqlarında ciddi yerdəyişmələr baş verib. Zəlzələ nəticəsində dağılan Asi çayında da 7,8 metrlik sürüşmə əmələ gəlib. Sel təhlükəsi və daşqın riski səbəbilə hazırda bölgədə bərpa və təmizlik işləri aparılır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı danışan Dövlət Su İdarəsinin bölgə müdiri Ahmet Ersin Gökçe bildirib ki, zəlzələlər çay yatağında ciddi yerdəyişmələrə səbəb olub, bir çox hissələrdə daralmalar yaranıb.

"Zəlzələ ilə birlikdə çay yatağında 7,8 metr sürüşmə əmələ gəlib. Müdaxilə olunmasa, güclü yağış yağacağı halda daşqına səbəb ola bilər. Çayın yatağının tənzimlənməsi üçün böyük əmək sərf edirik", - deyə o qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.