Türkiyə

Akşenerin təklifini rədd etdilər

4 Mart 2023 15:58
Baxış: 1 040
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyə sədri Mansur Yavaş İYİ Partiya sədri Meral Akşenerin onlara Türkiyədə 14 mayda nəzərdə tutulan Prezident seçkilərində namizədliklərini irəli sürməklərinə dair etdiyi çağırışını rədd ediblər.

Milli.Az azpost-a istinadən xəbər verir ki, Iki CHP-li bələdiyyə sədri bununla bağlı "Twitter" hesaplarında paylaşım ediblər.

"İradəmizi ittifaq masasında təmsil edən cənab Kılıçdaroğlunun və Millət İttifaqının böyüyüb çoxalacağına şübhəm yoxdur", - deyə Ə. İmamoğlu bildirib.

M. Yavaş da öz növbəsində sosial şəbəkə vasitəsi ilə mövqeyini bildirib: "İndiyə qədər verdiyimiz açıqlamalarda, başqanımız cənab Kamal Kılıçdaroğlunun iradəsinə zidd hərəkət etməyəcəyimizi bildirdik. Eyni mövqedəyik. Ümidimiz odur ki, Millət İttifaqı hər bir tərəfdaşı ilə birlikdə yoluna davam edəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.