"Kim milyonçu olmaq istəyir" yarışmasından tanınan Simay Atlı da Türkiyədə baş verən zəlzələdə həlak olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, psixologiya fakültəsində oxuyan 21 yaşındaki Atlı Kahramanmaraşda yaşayırdı. Anası ilə birlikdə dağıntılar altında qalan Simayın cansız bədəni tapılıb.
Simay yarışmada 5 min lirə dəyərindəki dördüncü sualda yarışmanı tərk etmişdi. Onun proqramın aparıcısı Kenan İmirzalıoğlu ilə söhbəti gündəm olmuşdu.
Milli.Az