Türkiyə

Evdən 10 yük maşını zibil çıxdı - VİDEO

25 Fevral 2023 05:31
Baxış: 1 027
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Uşak şəhərində vətəndaşlar kəskin iy səbəbindən müvafiq orqanlara müraciət ediblər. Çağırış üzrə gələn qruplar iyin kimya mühəndisi olan N.T.-nin evindən gəldiyini müəyyən ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qapı və pəncərələri açıq olan evə girən qruplar qarşılaşdıqları mənzərədən şoka düşüblər.

Zibilliyə çevrilən evin hər bir tərəfində qəzet, fərqli kağız parçaları, plastik qablar, disklər, çox sayda kirli paltarla rastlaşan insanlar dəstək qrupunun göndərilməsini istəyiblər.

20 nəfərlik qrupla zibilləri yığışdırmağa başlayan insanlar 7 saatlıq işdən sonra evdən 10 yük maşını zibil çıxarıblar.

Məlum olub ki, ev sahibi N.T.-nin zibil yığmaq xəstəliyi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.