Türkiyə

Ebru Gündəşdən təsirli sözlər: “Nə rahat nəfəs ala bilirik...”

20 Fevral 2023 12:57
Baxış: 2 055
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə baş vermiş dəhşətli zəlzələdən artıq 2 həftə ötür. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, günlərdir Türkiyə xalqı zəlzələ qurbanları üçün tək ürək olub. 

Adi vətəndaşlarla yanaşı, məşhur simalar da zərərçəkmişlərə bacardıqları qədər yardım edirlər. Bu məşhurlardan biri də ifaçı Ebru Gündeşdir. Müğənni bağışladığı ianələrlə yanaşı, fəlakətlə bağlı paylaşım edərək bu sözləri yazıb: 

"Elə bil ürəyimizə nə isə oturub və qalxması mümkün deyil. Nə rahat nəfəs ala, nə də ağrıları unuda bilirik. Heç vaxt unutmayacağıq...". 

Qeyd edək ki, ifaçı "Ahbap" dərnəyinə 500 min tl(təxminən 45 min manat) ianə bağışlayıb. Bununla yanaşı, "Türkiyə Bir Gönül" kampaniyasında da iştirak edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.