Türkiyə

Küçələri internetsiz qoyan azərbaycanlı saxlanıldı - VİDEO

21 Dekabr 2022 16:18
Baxış: 1 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İstanbul şəhərində oğurluq hadisəsi olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Sultanqazi qəsəbəsində qeydə alınıb. İşçi paltarları geyinərək baxış etmək adı ilə quyunun ağzını açan 4 nəfər internet naqillərini kəsib aparıblar. Bununla da qəsəbənin 4 küçəsi internetsiz qalıb.

Məlumatla əlaqədar Sultanqazi Polis Şöbəsinin əməkdaşları əməliyyatlar keçiriblər. Nəticədə hadisədə şübhəli bilinən Seçkin. E, Sıddık. B, Hüseyn. C və azərbaycanlı Zaur. S saxlanılıblar.

Onların hər biri barədə oğurluq maddəsilə cinayət işi başlanıb. Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.