Türkiyə

Türkiyə ilk dəfə səsdən sürətli raketin sınağını həyata keçirdi - VİDEO

17 Dekabr 2022 16:10
Baxış: 1 015
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə ilk dəfə "Bayraktar Akıncı" pilotsuz uçuş təyyarəsindən ölkənin səsdən sürətli "hava-yer" tipli raketinin uğurla buraxılışı həyata keçirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Roketsan" tərəfindən istehsal edilən Türkiyənin ilk səsdən sürətli "TRG-230-İHA" raketi 100 kilometr məsafədən hədəfi uğurla vurub.

Məlumata görə, İstanbulun Çorlu şəhəri ətrafında yerləşən Baykar aerodromundan havaya qalxan pilotsuz təyyarədən raketin buraxılışı Qara dəniz sahilindəki Sinop şəhəri yaxınlığında 7,62 kilometr yüksəklikdən həyata keçirilib.

Raketin uçuş məsafəsi 20 ilə 150 ​​kilometr arasındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.