Türkiyə

"İstiqlal caddesi"ndə partlayış: 6 ölü, 81 yaralı - VİDEO - FOTO

13 Noyabr 2022 21:40
Baxış: 4 414
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

21:40

Türkiyənin İstanbul şəhərinin mərkəzində yerləşən "Taksim" meydanında baş verən partlayış nəticəsində yaralananların sayı 81 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

"Hazırda 4-ü hadisə yerində olmaqla 6 nəfəri itirmişik. 81 yaralımız var. Hadisə yerinin təhqiqatı tam sürətlə davam edir", - deyə F.Oktay bildirib.

---------

19:22

İstanbulda partlayışda ölənlərin sayı 6 nəfərə, yaralananların sayı 53 nəfərə çatıb.

Milli.Az bildirir ki, bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

--------

18:50

Türkiyənin İstanbul şəhərinin mərkəzində yerləşən "Taksim" meydanında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 38 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə İstanbulun qubernatoru Ali Yerlikaya məlumat verib.

--------

18:46

Türkiyənin İstanbul şəhərinin mərkəzində baş verən partlayışla bağlı yayım qadağası tətbiq edilib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Radio və Televizya Ali Şurasına istinadən xəbər verir.

-------

18:34

Türkiyənin İstanbul şəhərinin mərkəzində yerləşən "Taksim" meydanında baş verən partlayış nəticəsində 36 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Baş Prokurorluğundan məlumat verilib.

--------

18:14

Milli.Az haberler-ə istinadla xəbər verir ki, İstanbul Valisi Ali Yerlikayanın açıqlamasına görə partlayış zamanı ölən də olub.

Vali qeyd edib ki, yaralı sayı 11 nəfərdir. Ölənlərin sayı açıqlanmır.

-------

17:48

İstanbulun məşhur İstiqlal küçəsində partlayış baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli media məlumat yayıb.

Hadisədən sonra əraziyə çoxlu sayda təcili yardım və polis briqadaları göndərilib.

Partlayış nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

Partlayışın səbəbi hələlik məlum deyil.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.