Türkiyə

Narkotik tacirləri maketi gerçək sanıb özlərini ələ verdilər

12 Noyabr 2022 11:55
Baxış: 1 244
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Ankara şəhərində yol kənarında olan polis maşını maketinin gerçək olduğunu sanan narkotik alverçiləri özlərini ələ veriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, onlar maketi görən zaman avtomobili döndərib geri qayıtmağa çalışıblar. Bunu müşahidə edən şəxs şübhələnərək polisə xəbər verib.

Polisin "Saxla" xəbərdarlığına əməl etməyən sürücü təqib edilərək saxlanılıb.

Nəqliyyat vasitəsindən iki torbada 28 min narkotik həb və müəyyən miqdarda metamfetamin götürülüb. Avtomobildə olan üç nəfər tutularaq polisə təslim edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.