Türkiyə

Bursada yanğın faciəsi - 8-i uşaq olmaqla 9 nəfər öldü

9 Noyabr 2022 09:45
Baxış: 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Bursa şəhərinin Yıldırım rayonunda binada yanğın baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yanğında 8 uşaq və bir ana həyatını itirib.

Bursa Böyükşəhər Bələdiyyə Başçısı Alinur Aktaş həyatını itirən uşaqların 1 ilə 11 yaş arasında olduğunu bildirib.

Bursa valisi Yakup Canbolat yanğının Değirmenönü məhəlləsində müvəqqəti qoruma çərçivəsində suriyalı ailənin yaşadığı evdə çıxdığını qeyd edib.

O, hadisənin yerli saatla 23.52-də baş verdiyini deyib:

"İçəridə 9 cəsəd var. Onlardan 8-i uşaq, biri anadır. 8 uşaqdan 6-sı buradakı ailəyə aiddir, ikisi isə . Ata hadisə zamanı çöldə olub. O, yanğınla mübarizə apararkən tüstüdən təsirlənib. Daha sonra 112 qrupları tərəfindən dövlət xəstəxanasına çatdırılıb. Səhhəti yaxşıdır".

Vali yanğının baş vermə səbəbinin sobadan qaynaqlanma ehtimalının yüksək olduğunu əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.