Türkiyə

Dilənçinin üzərindən çıxan pulun miqdarı təəccübləndirir

6 Oktyabr 2022 18:34
Baxış: 1 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Yalova şəhərində vətəndaşlardan pul tələb edən dilənçi saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, polis Şöbəsinə aparılan dilənçinin üzərindən axtarış zamanı külli miqdarda pul tapılıb.

Bu barədə Yalova Bələdiyyəsi Polis Şöbəsinin səlahiyyətliləri açıqlama verib. "Rayon daxilində  yoxlamalarımız zamanı Cevdet Aydın Parkında bir dilənçi ilə qarşılaşdıq. Onu polis bölməsinə gətirdik. Axtarış zamanı dilənçinin üzərindən 12 min lirə maddi vəsait aşkarlandı. Yalovada ilk dəfədir ki, belə böyük məbləğdə pula rast gəlirik. Vətəndaşlarımızdan xahiş edirik ki, bu məsələdə diqqətli olsunlar, dilənçiliyi peşəyə çevirən insanlara pul verməsinlər", - deyə qeyd edilib.

Dilənçidən tapılan pullar müsadirə edilib, özü ilə bağlı ilə qanunlar çərçivəsində tədbirlər görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.