Türkiyə

Restoranın sahibini və onun qardaşını güllələdi – VİDEO

18 Sentyabr 2022 03:44
Baxış: 2 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə ay əvvəl Türkiyənin Gümüşhane şəhərində bir nəfərin öldürülməsi, digərinin ağır yaralanması ilə nəticələnən ağır cinayət hadisəsinin görüntüləri yayılıb.

Qeyd edək ki, İbrahim Zəngin adlı iş adamı onun restoranlarından birində işləyən qadın ofisianta sataşan Ümid Özkan adlı şəxsə zəng edərək ondan əməllərinə son qoymağı tələb edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tərəflər arasında baş verən dialoqdan sonra qadınla münasibəti olduğunu iddia edən Ü.Özkan silahla restorana gələrək oranın sahibini və onun qardaşına müştərilərin gözü qarşısında güllələyib.

Nəticədə restoranın sahibi ölüb, onun kiçik qardaşı isə yaralanıb.

Polislər tərəfindən saxlanılan Ü.Özkan məhkəmə qarşısına çıxarılıb.

Hakimlər onu ömürlük həbsə məhkum edib.

Qandonduran cinayət təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.