Türkiyə

Türkiyədə silahlı şəxs uşağı girov götürdü - VİDEO

29 Avqust 2022 15:54
Baxış: 975
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Adana şəhərində patrul xidməti göstərən polis qrupları küçədə naməlum şəxsdən şübhələnib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şübhəli şəxsə "dayan" xəbərdarlığı edilib. O, xəbərdarlığa əməl etməyib və qaçmağa başlayıb. Polis onu təqib etməyə başlayıb.

Şübhəli küçədə üç mərtəbəli binanın damına çıxaraq qapını kilidləyib. Bu vaxt o, belindəki tapançanı çıxarıb və damda oturan 14 yaşlı uşağı girov götürüb.

Bölgəyə çoxlu sayda xüsusi əməliyyat polisləri göndərilib.

Polisin 2 saatlıq səylərindən sonra şübhəli silahını yerə ataraq təslim olub.

Əsir alınmış uşaq xilas edilib. Şübhəli şəxs ifadəsi alınması  üçün polis bölməsinə aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.