Türkiyə

Hərbçilərimizin Konya təlimindən yeni görüntülər - FOTO

29 İyun 2022 19:42
Baxış: 501
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Respublikasının Konya şəhərində təşkil olunan "Anadolu Qartalı -2022" beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində "Yüksək səviyyəli müşahidəçi günü" keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə Hərbi Hava Qüvvələri komandanının müavini general-mayor Namiq İslamzadə iştirak edib.

Əvvəlcə qonaqlara təlimin gedişatı, qarşıya qoyulan tapşırıqların məqsədi və yerinə yetirilmə dərəcəsi barədə brifinq təqdim olunub, Sonra "Anadolu Qartalı - 2022" beynəlxalq taktiki-uçuş təlimi ilə bağlı qısametrajlı film nümayiş etdirilib.

Tədbirdə qardaş, dost və müttəfiq ölkələrin hərbi hava qüvvələrinin şəxsi heyəti ilə birgə keçirilən beynəlxalq təlimə Türkiyənin ev sahibliyi etməsinin qürurverici amil olduğu diqqətə çatdırılıb. Təlim iştirakçılarının peşəkarlığı yüksək qiymətləndirilib və onlara gələcək xidmətlərində müvəffəqiyyətlər arzulanıb.

Sonra qonaqlara Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk" və "Türk Yıldızları" aviaqrupunun iştirakı ilə nümunəvi uçuşlar təqdim olunub.

Sonda xatirə fotosu çəkdirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.