Türkiyənin İstanbul şəhərində eyvandan yıxılan azyaşlı xilas edilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Zeytinburnunda binanın 3-cü mərtəbəsindən düşən iki yaşlı Məhəmməd Tareeli mağaza sahibi havada tutub.
Uşaq xəsarət almadan xilas edilib. Həmin anlar müşahidə kamerasına düşüb.
Milli.Az